Bank Of Baku

Arif Hacılı: “Müxalifət koalisiyanın yaradılması ilə bağlı sənədin tezliklə imzalanacağını düşünmürəm”

Arif Hacılı: “Müxalifət koalisiyanın yaradılması ilə bağlı sənədin tezliklə imzalanacağını düşünmürəm”
# 25 avqust 2008 12:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifət partiyaları arasında yeni koalisiyanın yaranması ilə bağlı danışıqların gələn həftənin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Danışıqların bir neçə partiya arasında getdiyini deyən A. Hacılının sözlərinə görə, müəyyən məsələlərdə artıq ilkin razılaşma əldə edilib.

A. Hacılı Müsavatla ADP və AXCP arasında aparılan danışıqlarda şəxsən iştirak etdiyini vurğulayıb: “Lakin mənim bildiyimə görə, bu danışıqlar çoxtərəfli aparılır və danışıqlarda müxalifətin digər aparıcı partiyaları iştirak edir”. A. Hacılı prosesin ilkin yekunlarının gələn həftə müəyyənləşəcəyini bildirib.

Bununla belə, o, koalisiyanın yaradılması ilə bağlı tərəflər arasında sənədin tezliklə imzalanacağını düşünmür: “Bununla bağlı müzakirələr bir qədər vaxt aparacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR