Bank Of Baku

Tufan Kərimli: “AMDP təmsil olunduğu bloklarda fəaliyyətinə yenidən baxacaq”

Tufan Kərimli: “AMDP təmsil olunduğu bloklarda fəaliyyətinə yenidən baxacaq”
# 25 avqust 2008 12:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan Milli Demokrat Partiyası hazırda təmsil olunduğu blok və birliklərdə fəaliyyətinin davam etdirməsi məsələsinə yenidən baxacaq”. Bu sözləri APA-ya AMDP-nin yeni sədri Tufan Kərimli deyib. Onun sözlərinə görə, bu barədə veriləcək qərarın fərqli olacağı da gözlənilir. T. Kərimli partiyanın prezident seçkisi ilə bağlı mövqeyinə də münasibət bildirib: “Partiyanın qeydiyyatı 1995-ci ildə ləğv edildiyindən namizədlə çıxış etmək imkanımız yoxdur. Seçki siyasi prosesdir və biz də siyasi partiya olduğumuzdan özümüzü bu məsələdən kənarda hiss etmirik. Ancaq partiyanın konkret mövqeyi Siyasi Şurada bəlli olacaq və bununla bağlı müvafiq qərar veriləcək”. AMDP sədri deyib ki, partiyanın Siyasi Şurasının yığıncağı avqustun sonuna qədər keçiriləcək: “Siyasi Şurada partiyanın digər siyasi qurumlarla əməkdaşlıq və seçki məsələsi müzakirə olunacaq. Toplantıda həmçinin partiya sədrinin müavinləri müəyyənləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR