Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın toplantısı keçirilib
# 25 avqust 2008 12:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, yığıncaqda seçkiqabağı ölkədəki ictimai-siyasi vəziyyət və ötən həftə Bakıda baş verən terror aktları müzakirə predmeti olub. Toplantıda aidiyyatı dövlət qurumları təhlükəsizliyin qorunması istiqamətində zəruri addımlar atmağa çağırılıb və Azərbaycanla bağlı gizli planların hazırlandığı bildirilib. DUİ hesab edib ki, Azərbaycanın bəzi qonşuları və düşmənləri prezident seçkisi zamanı provokasiya xarakterli hərəkətlər etməyə çalışırlar. Qeyd edək ki, DUİ-də Azadlıq Partiyası, AMDP və KXCP təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR