Mərkəzi Seçki Komissiyası qeydiyyatdan çıxma vəsiqələrinin Dairə Seçki komissiyalarına paylanmasını yekunlaşdırır
25 avqust 2008 13:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) qeydiyyatdan çıxma vəsiqələrini çap edib. Vəsiqələrin Dairə Seçki komissiyalarına paylanmasına sabah yekun vurulacaq. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq qeydiyyatdan çıxma vəsiqələri səsverməyə 50 gün qalana kimi Dairə Seçki Komissiyalarına, 25 gün qalana kimi isə məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.
A. Sarıyev bildirib ki, səsvermə günü qeydiyyatda olduğu ərazidə səsverməyə imkanı olmayan seçicilər qanunun bu imkanından istifadə edib ölkənin istədiyi ərazisindəki seçki məntəqəsində səs verə bilərlər. Bunun üçün seçicidən sentyabrın 21-dən oktyabrın 12-dək qeydiyyatda olduğu seçki komissiyasından qeydiyyatdan çıxma vəsiqəsi almaq tələb edilir. Seçici bu vəsiqəni səsvermə günü istənilən seçki məntəqəsinə təqdim etməklə səsvermədə iştirak edə bilər.
A. Sarıyev bu təcrübədən əvvəlki seçkilərdə də istifadə edildiyini deyib.

Daxili siyasət
PA Vətəndaş Qəbulu Mərkəzində iyunda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:14
29 may 2024
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
00:00
28 may 2024
MSK daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
16:37
27 may 2024
Milli Məclisin yaz sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb
16:31
27 may 2024