Bank Of Baku

Azərbaycan prezidenti minimum aylıq əmək haqlarının və yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti minimum aylıq əmək haqlarının və yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb
# 25 avqust 2008 17:10 (UTC +04:00)
Sərəncama əsasən, sentyabrın 1-dən minimum aylıq əmək haqqının məbləği 25 faiz artırılaraq 75 manat müəyyən edilib. Prezidentin digər sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilib.
Sərəncamda Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, qanunvericiliklə müəyyən olunmuş hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğinin bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin. Bu sərəncamlardan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR