Bank Of Baku

Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri: “Deputatlığıma xitam veriləcək”

Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri: “Deputatlığıma xitam veriləcək”
# 26 avqust 2008 10:08 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Prezidentin İcra Aparatının aqrar-siyasət məsələləri şöbəsinin müdiri təyin edilən Azər Əmiraslanov bildirib.

Şöbənin yeni yaradıldığını deyən A. Əmiraslanov şöbənin profilinin adında əks olunduğunu qeyd edib. O, hazırda əsas məsələnin qurumun struktur və əsasnaməsinin müəyyənləşdiriləsi olduğunu söyləyib.

Milli Məclisin deputatı kimi gələcək fəaliyyətinə gəlincə, A. Əmiraslanov qanunvericiliyə əsasən, deputatlığına xitam veriləcəyini söyləyib: “Bu məsələyə Mərkəzi Seçki Komissiyası baxacaq və deputatlıq fəaliyyətimə avtomatik olaraq xitam veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR