Bank Of Baku

BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərə həsr olunmuş fotosərgilər təşkil edəcək

BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərə həsr olunmuş fotosərgilər təşkil edəcək
# 26 avqust 2008 10:11 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanın Bakı şəhərində və Bərdə rayonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin davam edən faciəsinə diqqət yönəldən fotosərgilər təşkil edəcək. Bu barədə APA-ya BQXK-in Azərbaycandakı nümayəndəliyindən bildirilib. 30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Gününü münasibətilə keçiriləcək sərgilər avqustun 27-dən 30-a qədər Bərdənin İncəsənət Qalereyasında və avqustun 29-da Bakının Müasir İncəsənət Mərkəzində açılacaq.

“Onların taleyinə aydınlıq gətirməyə kömək edin” mövzusunda keçiriləcək sərgilər münaqişə ilə əlaqədar itkin düşmüş şəxslər və onların ailələrinin hələ də çəkdikləri əzablar haqqında ictimaiyyətin məlumatını artırmaq məqsədi daşıyır. Sərgilərdə itkin düşmüş şəxslərin ailələrinin 40-dan çox foto-şəkli və ailələrin itkin düşmüş qohumları ilə bağlı yaşanan qeyri-müəyyən vəziyyətinin iztirablarını əks etdirən video-süjetlər nümayiş etdiriləcək.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin Müdafiə Proqramı üzrə koordinatoru
Susana Lopez “BQXK təəssüf edir ki, bu münaqişə nəticəsində törədilmiş ən ciddi humanitar problemlərdən biri hələ də minlərlə ailəni onların gündəlik həyatlarında narahat etməkdədir”, - deyə bildirib.

BQXK bu məsələ ilə məşğul olmaq mandatı olan Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə sıx əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR