Bank Of Baku

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
# 26 avqust 2008 12:34 (UTC +04:00)
Qeyd edən ki, M. Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 saylı orta məktəbi qızıl medalla bitirən M. Əliyeva Azərbaycan Tibb Universitetinə qəbul olub, daha sonra təhsilini Seçenov adına Moskva Tibb Akademiyasında davam etdirib. Adı çəkilən təhsil ocağını 1988-ci ildə qırmızı diplomla bitirən Mehriban xanım 1988-1992-ci illərdə Moskvada akademik Mixail Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

O, 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları xeyriyyə fondunu yaradıb və ona başçılıq edib. 1996-cı ildə Azərbaycan, ingilis və rus dilində çap olunan “İrs” mədəniyyət və tarix jurnalını, 2004-cü ildə Heydər Əliyev irsini tədqiq edən Heydər Əliyev Fondunu təsis edib. Mehriban xanım elə həmin il folklor və musiqi ənənələrini təbliğ etdiyinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan M. Əliyeva həm də Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür. O, Yüzilliyin mesenatları Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təltif edilən Yaqut Xaç Ordeninin ilk qadın kavaleridir. Yeni Azərbaycan Partiyasının üzvü olan Mehriban Əliyeva 2005-ci ilin parlament seçkilərində Milli Məclisə üzv seçilib.

M. Əliyeva 1984-cü ildə ailə qurub, iki qızı, bir oğlu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR