Bank Of Baku

Azərbaycan prezidenti “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb

Azərbaycan prezidenti “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb
# 26 avqust 2008 16:28 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə (NK) iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etmək tapşırılıb. Bundan başqa, NK qanunda nəzərdə tutulmuş ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı qaydalarını müəyyən edib prezidentə məlumat verməlidir.

Qanunda nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal qaydalarını, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısını, ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) formasını və verilməsi qaydasını, qanunda nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma qaydalarını və akkreditasiya orqanlarının funksiyalarını, beynəlxalq standartların tələbləri nəzərə alınmaqla ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması qaydalarını və sertifikatların nümunəvi formalarını, milli və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi, markalanması, saxlanması və daşınması qaydalarını müəyyən edib prezidentə məlumat vermək də NK-ya həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR