Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
# 27 avqust 2008 07:15 (UTC +04:00)
Dağlıq Qarabağ – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 27-də saat 01.30-dan 01.55-dək Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam kəndi ərazisində yerləşən mövqelərini, avqustun 26-da saat 21.45-dən 22.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, avqustun 27-də saat 01.20-dən 02.05-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR