Bank Of Baku

AMİP-in Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin edilməyib

AMİP-in Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin edilməyib
# 27 avqust 2008 08:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia təmin edilməyib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hakim Rauf Əhmədovun sədrliyi ilə bu gün Səbayel rayon Məhkəməsində keçirilən iclasda partiyanın iddiası əsassız sayılıb. AMİP rəhbərliyi məhkəmənin qərarından apelyasiya şikayəti verməyə hazırlaşır.

Partiya müraciətində 2007-ci ilin sentyabrın 7-si və 18-də Tarif Şurasının qiymətləri artırmasına etiraz olaraq Füzuli meydanında kütləvi aksiya keçirməklə bağlı müraciətinə BŞİH-nin mənfi cavab verməsi ilə sərbəst toplaşmaq azadlığını pozduğunu iddia edib.

Qeyd edək ki, bu məsələ ilə bağlı AMİP Səbayel rayon Məhkəməsində iddia qaldırıb və təmin edilmədiyindən iş Ali Məhkəməyə qədər davam etdirilib. Lakin Ali Məhkəmə işə yenidən baxılması üçün yenidən rayon məhkəməsinə qaytarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR