Bank Of Baku

Azərbaycanın Bərdə-Ağdam yolunun yaxınlığında keçirilən monitorinq insidentsiz ötüşüb

Azərbaycanın Bərdə-Ağdam yolunun yaxınlığında keçirilən monitorinq insidentsiz ötüşüb
# 27 avqust 2008 09:58 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu– APA. Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycanın Bərdə-Ağdam yolunun yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, monitorinqi Azərbaycan tərəfdən keçirən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Antal Herdiç Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Həsən Sarıyevlə görüşüblər. RİH başçısı ermənilərin atəşkəsi mütəmadi pozması, işğal altındakı Azərbaycan torpaqlarında yanğınlar törətməsi, bunun nəticəsində dəyən ziyan barədə məlumat verib.

Daha sonra təmas xəttində monitorinq keçirilib. Monitorinq normal keçib, heç bir insident qeydə alınmayıb.
Qeyd edək ki, monitorinqi Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrci Aberle və Vladimir Çountulov keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR