Bank Of Baku

YAP və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş beynəlxalq konfransın materialları nəşr olunub

YAP və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş beynəlxalq konfransın materialları nəşr olunub
# 27 avqust 2008 11:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həs olunmuş “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda mayın 7-də Bakı şəhərində keçirilmiş beynəlxalq konfransın materialları əsasında eyniadlı kitab nəşr edilib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, kitabda forumdakı məruzələr, çıxışlar yerləşdirilib. Konfrans iştirakçılarından Almaniyanın keçmiş dövlət katibi, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauserin, ABŞ-ın Demokratlar Partiyasının sədr müavini xanım Susan Törnbul çıxışlarına geniş yer verilib. Nəfis şəkildə tərtib olunmuş kitab mövzunun bəşəriliyini və aktuallığını, daha geniş oxucu auditoriyasının marağını nəzərə alaraq üç dildə – Azərbaycan, ingilis və rus dillərində nəşr edilib. Kitabda partiyanın sədri İlham Əliyevin 33 ölkədən 60-dan çox nümayəndənin iştirak etdiyi beynəlxalq konfransa təbrik məktubu və konfrans iştirakçıları ilə görüşü öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR