Bank Of Baku

Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi 15 oktyabr qeyri-iş günüdür

Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi 15 oktyabr qeyri-iş günüdür
# 27 avqust 2008 12:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün - oktyabrın 15-i qeyri-iş günüdür. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. Onun sözlərinə görə, səsvermə iş gününə - çərşənbəyə təsadüf etsə də, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir.

Qeyd edək ki, Konstitusiyanın 100-102-ci maddəsinə görə, Azərbaycanda prezident seçkiləri 5 ildən bir, prezidentin səlahiyyət müddəti başa çatdığı ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR