Bank Of Baku

Azərbaycanın milli təhlükəsizlik naziri Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib

Azərbaycanın milli təhlükəsizlik naziri Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib
# 27 avqust 2008 16:16 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixay Rezvan Unqureanu bu gün Azərbaycana rəsmi səfərə gəlib. Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq, E. Mahmudov və nazirliyin bir qrup rəhbər əməkdaşı Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Sonra E. Mahmudov Mixay Rezvan Unqureanunu qəbul edib.

Görüşdə transmilli mütəşəkkil cinayətkarlıqla, eləcə də hazırda beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terrorçuluqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər, habelə ölkələrimizin xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın əməli inkişaf perspektivləri üzrə müzakirə aparılıb.

Nazir ölkədə mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat verib.

Rumıniyalı qonaq iki ölkə, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını və keçirilmiş görüşlərin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR