Bank Of Baku

MDB Müşahidə Missiyasının Bakıda qərargahı sentyabrın 16-da açılacaq

MDB Müşahidə Missiyasının Bakıda qərargahı sentyabrın 16-da açılacaq
# 28 avqust 2008 08:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək MDB Müşahidə Missiyasının qərargahı rəsmi olaraq sentyabrın 16-da fəaliyyətə başlayacaq. Bu barədə APA-ya qərargahın üzvü Oleq Kuleba deyib.

Onun sözlərinə görə, sentyabrın 14-də qərargahın 3 üzvü artıq işə başlayacaq, sonra qərargahın digər üzvləri, o cümlədən Bakıda fəaliyyət göstərən MDB ölkələri səfirliklərindən akkreditə olunmuş müşahidəçilər prosesə qatılacaq və uzunmüddətli müşahidəçilərin sayı 25-30-a çatacaq. Seçkilər günü isə səsverməni 250 nəfərin izləyəcəyi gözlənilir. O. Kulebanın sözlərinə görə, Azərbaycanın bir neçə regionunda qərargahın şöbələrinin açılması da planlaşdırılıb.

Qeyd edək ki, qərargaha MDB İcraiyyə Komitəsinin seçkilər şöbəsinin rəhbəri Yevgeni Sloboda, Müşahidəçi Missiyasına isə MDB icra katibi Sergey Lebedev rəhbərlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR