Bank Of Baku

Arif Hacılı partiyaların yaratmaq istədiyi əməkdaşlıq mərkəzinin müxalifətin koalisiyası adlandırılmasını düzgün hesab etmir

Arif Hacılı partiyaların yaratmaq istədiyi əməkdaşlıq mərkəzinin müxalifətin koalisiyası adlandırılmasını düzgün hesab etmir
# 28 avqust 2008 09:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifətin yeni əməkdaşlıq mərkəzi yalnız oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə hesablanıb. Bu mərkəzin seçkilərdən sonra da fəaliyyət göstərəcəyini indidən demək olmaz”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, prezident seçkiləri ərəfəsində normal əməkdaşlıq yaranarsa, bu əməkdaşlıq seçkilərdən sonra da davam etdirilə bilər: “Amma məsləhətləşmələr yalnız seçkilərin nəticələri ilə bağlı aparılır”.

Əməkdaşlıq mərkəzinin məqsədinə gəldikdə, A. Hacılı bildirib ki, bu, hər hansı siyasi blok və ya müttəfiqlik bloku deyil: “Bu mərkəzin yaradılmasının əsas məqsədi seçki kampaniyası dövründə bir sıra ümumi məsələlərdə müxalifətin vahid mövqedən çıxış etməsi, seçki kampaniyasına və seçkinin gedişinə, o cümlədən seçkilərin nəticələrinə vahid qiymətin verilməsinə nail olmaqdır. Bu istiqamətdə əməkdaşlıq mərkəzi çərçivəsində müəyyən sənədlərin qəbul edilməsi, Azərbaycan və beynəlxalq ictimaiyyətə müəyyən müraciətlərin edilməsi, ölkədə gedən bu proseslə bağlı kütləvi aksiyaların keçirilməsi kimi konkret işlər görüləcək”.

A. Hacılı əməkdaşlıq mərkəzinin müxalifətin koalisiyası adlandırılmasını da düzgün hesab etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR