Bank Of Baku

Mübariz Əhmədoğlu: “Cənubi Qafqazda baş verən son proseslər Dağlıq Qarabağ probleminin həllini daha da sürətləndirir”

Mübariz Əhmədoğlu: “Cənubi Qafqazda baş verən son proseslər Dağlıq Qarabağ probleminin həllini daha da sürətləndirir”
# 28 avqust 2008 12:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Ermənilər Cənubi Osetiya və Abxaziyada baş verən qarşıdurmalardan özləri üçün qala düzəltməyə çalışırlar. Bu hadisənin fonunda onlar guya Azərbaycanda çaxnaşmanın olduğunu təbliğ edirlər”. APA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. Ermənistanın analitik mərkəzlərinin bu tipli çıxışlar səsləndirdiyini deyən M. Əhmədoğlunun sözlərinə görə, onlar prosesləri özlərinə sərf edən şəkildə təqdim edirlər: “Ermənilər hesab edirlər ki, bu hadisələrdən sonra Azərbaycan qorxudan yerində oturmalıdır. Onlar Azərbaycanı Rusiya ilə qorxutmağa çalışırlar. Bütün bu proseslərdən çıxan nəticə odur ki, SSRİ dağılandan sonra ermənilər müstəqil dövlət yox, forpost qurublar. Buna görə də hazırda Ermənistanın iki yolu var. Birincisi, onların Rusiya ilə daha sıx bağlanmasıdır. Çünki Ermənistan müstəqil dövlət ola bilmir. Digər variant isə Türkiyə ilə sərhədlərin açılması və münasibətlərin yaxşılaşmasıdır. Hər iki variantda ermənilər Dağlıq Qarabağı azad etməlidirlər. Əgər onların ağlı varsa, Dağlıq Qarabağı qaytarmalıdırlar. Çünki baş verən son proseslər Dağlıq Qarabağ probleminin həllini daha da sürətləndirir”. M. Əhmədoğlu həmçinin, Rusiyanın Gürcüstana müdaxilə etməsi barədə də öz fikirlərini bildirib: “Bu vaxta qədər BMT Təhlükəsizlik Şurasının qərarı olmadan başqa dövlətin ərazisində tank oynadan yalnız bir dövlət vardı ki, bu da ABŞ idi. İndi Rusiya da ABŞ-a qoşuldu və belə dövlətin sayı ikiyə çatdı”. Gürcüstan rəhbərliyini səriştəsiz adlandıran politoloq ABŞ-ın Gürcüstana lazımı dəstək vermədiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR