Bank Of Baku

BAXCP sədri beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbərlərinin təşəbbüsü ilə görüşlər keçirib

BAXCP sədri beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbərlərinin təşəbbüsü ilə görüşlər keçirib
# 28 avqust 2008 13:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və partiyanın funksionerləri beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbərlərinin təşəbbüsü ilə bir sıra görüş keçiriblər. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk görüş ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutun Bakı ofisində keçirilib.

Görüşdə BAXCP-nin səlahiyyətli nümayəndələri seçkilərlə bağlı bir sıra məsələlər ətrafında müzakirələr aparıblar. Daha sonra ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Arjen de Vulff BAXCP sədri ilə görüşüb. Partiyanın seçkilərə hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR