Bank Of Baku

Taliyət Əliyev: “Müxalifətin yeni əməkdaşlıq mərkəzi yaranacaqsa, “dördlər” formatının saxlanmasına lüzum yoxdur”

Taliyət Əliyev: “Müxalifətin yeni əməkdaşlıq mərkəzi yaranacaqsa, “dördlər” formatının saxlanmasına lüzum yoxdur”
# 29 avqust 2008 12:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaranacağı halda “dördlər” formatının saxlanılmasına ehtiyac görmür. Partiya sədrinin müavini Taliyət Əliyev APA-ya açıqlamasında bildirib ki, ADP-ni iştirakı olmadan yeni əməkdaşlıq mərkəzinin yaradılması mümkün deyil. T. Əliyevin sözlərinə görə, əslində onlar yeni yaranacaq əməkdaşlıq mərkəzinin perspektivinə inanmırlar: “Əgər doğrudan da bu birlik yaranacaqsa və ADP burada təmsil olunmayacaqsa, onun hər hansı uğurundan danışmaq olmaz. Amma ADP-nin burada təmsil olunmaması da faciə sayıla bilməz. Yeni birlik yaranacaqsa, “dördlər”in fəaliyyətinə xitam verilə bilər. Çünki bundan sonra bu formatın fəaliyyətinə lüzum yoxdur. Əslində bunun formatın fəaliyyəti yalnız ayda iki dəfə toplaşıb məsləhətləşmə aparmaqdan ibarət idi. Burada hər hansı bir müqavilə yox idi. Ona görə də istənilən an “dördlər”in fəaliyyətinə son qoyula bilər”. Qeyd edək ki, “dördlər” formasında Müsavat Partiyası, Milli İstiqlal Partiyası, ADP və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR