Bank Of Baku

Zəminə Dünyamalıyeva: “Açıq Cəmiyyət Partiyasının müxalifətin yeni əməkdaşlıq mərkəzində təmsil olunmasının əleyhinəyəm”

Zəminə Dünyamalıyeva: “Açıq Cəmiyyət Partiyasının müxalifətin yeni əməkdaşlıq mərkəzində təmsil olunmasının əleyhinəyəm”
# 29 avqust 2008 12:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Mən Açıq Cəmiyyət Partiyasının müxalifətin yeni əməkdaşlıq mərkəzində təmsil olunmasının əleyhinəyəm. Hesab edirəm ki, partiya bu mərkəzə qoşulmayacaq”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyası (ACP) liderinin müşaviri Zəminə Dünyamalıyeva deyib. Onun sözlərinə görə, bir neçə partiyanın belə bir qurum yaratması məntiqsizdir.

Z. Dünyamalıyevanın fikrincə, yeni birlik yaratmaq istəyən partiyaların məqsədi boykot qərarlarını əsaslandırmağa xidmət edir: “Biz isə seçkiləri boykot etmirik, buna görə də burada iştirakımıza ehtiyac yoxdur. Mən həmin quruma önəm vermirəm. Mərkəz yaratmaq istəyən partiyaların seçkidə iştirak şansları yox idi, buna görə də seçkini boykot etdilər. İndi də qərarlarına haqq qazandırmaq istəyirlər”.

Z. Dünyamalıyeva istənilən halda, ACP-nin yeni birliyə qoşulmasının əleyhinə olduğunu vurğulayıb. O, partiyada bu barədə hər hansı müzakirənin aparılmadığını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR