Bank Of Baku

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi aylıq analitik hesabatını açıqlayıb

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi aylıq analitik hesabatını açıqlayıb
# 03 dekabr 2008 10:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi noyabr ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı analitik hesabatını açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, ötən ay dünyanın ümumi gedişinə təsir edən hadisələr baş verib. Barak Obamanın ABŞ prezidenti seçilməsinin dünyada balans yaradacağını söyləyən politoloq, Corc Buşun hakimiyyəti dövründə bu balansın pozulduğunu deyib. M. Əhmədoğlu B. Obamanın seçilməsindən sonra ABŞ-İran, ABŞ-Rusiya münasibətlərində yumşalma müşahidə olunduğuna diqqət çəkib. O, Kosovo ətrafında gedən son proseslərin, Serbiyanın beynəlxalq məhkəməyə müraciətlərinin icraata götürülməsinin, Kosovoda sülhməramlıların yerləşdirilməsinin Serbiyanın şərtləri çərçivəsində razılaşdırılmasının Ermənistana dərs olduğunu vurğulayıb.

Hesabatda həmçinin ötən ay ərzində Gürcüstanda “qızılgül inqilabı”nın 5 illiyinin qeyd olunması, Azərbaycanda enerji sammitinin keçirilməsi, Ermənistan prezidentinin siyasi partiyaların rəhbərləri ilə Qarabağ mövzusunda dialoq aparması və Ermənistan-Türkiyə münasibətləri də əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR