Bank Of Baku

Müsavat Partiyası hakimiyyətin addımını təqdir edir

Müsavat Partiyası hakimiyyətin addımını təqdir edir
# 03 dekabr 2008 10:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası hakimiyyətin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və onun qardaşı, qəzetin əməkdaşı Mirzə Sakitin atalarının yas mərasimində iştirak etmək üçün həbsdən müvəqqəti azad etməsini təqdir edir. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Müsavatın məsələ ilə bağlı yaydığı bəyanatda hakimiyyətin bu addımı təqdir olunmaqla yanaşı, xeyli müddətdir, həbsdə saxlanılan jurnalistlərin və həmçinin “Gündəlik Azərbaycan” qəzetini baş redaktoru Eynulla Fətullayevin birdəfəlik azadlığa buraxılması vacib sayılır: “Bu, təkcə Müsavat Partiyasının deyil, bir çox nüfuzlu beynəlxalq təşkilatların, eləcə də Azərbaycan ictimaiyyətinin mövqeyidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR