Bank Of Baku

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyi ilə bağlı dəyirmi masa keçirilib

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyi ilə bağlı dəyirmi masa keçirilib
# 03 dekabr 2008 10:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakının Səbayel rayonundakı 239 saylı orta ümumtəhsil məktəbində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyi ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, əvvəlcə məktəbin direktoru Sədaqət Əzimova çıxış edərək insan hüquqlarının qorunmasının əhəmiyyəti barədə danışıb. Məktəbin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunduqdan sonra şagird və qonaqların iştirakı ilə tədbir diskussiya şəraitində davam etdirilib. Müzakirələr zamanı iştirakçılar Azərbaycanda və dünyada insan hüquqlarının təminatı sahəsində görülən işlər, qəbul olunan sənədlər, mövcud vəziyyət, problemlər və onların həlli ilə bağlı mülahizələrini bildiriblər. Milli Məclisin deputatı Fuad Muradov, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Teymur Məlikaslanov və Ombudsman Aparatı əməkdaşı şagirdlərin suallarını cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR