Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə yekunlaşıb

Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə yekunlaşıb
# 03 dekabr 2008 15:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Səbayel rayon Məhkəməsində Müxalifətin Əməkdaşlıq Mərkəzinə (MƏM) daxil olan partiyaların Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdıqları iddia üzrə iclas keçirilib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, hakim Elnur Həsənovun sədrlik etdiyi iclasda iddiaçılar Bakı şəhər İcra Hakimiyyətinin başçısı və şəhər Baş Polis İdarəsinin rəisinin məhkəməyə dəvət olunması barədə vəsatət qaldırıblar. Lakin onların iddiası təmin edilməyib. İclasda tərəflər qarşılıqlı ünvanlanan sualları cavablandırıblar. Məhkəmə istintaqı başa çatıb və qərar sabah elan olunacaq.

Qeyd edək ki, MƏM-ə daxil olan partiyalar prezident seçkiləri ərəfəsində iki dəfə kütləvi aksiya təyin etsələr də, şəhər rəhbərliyi aksiyanın yalnız “Bibiheybət” stadionunda keçirilməsinə razılıq vermişdi. Müxalifətçilər isə bundan imtina edərək məhkəməyə müraciət etmişdilər. Müxalifətin Əməkdaşlıq Mərkəzində Müsavat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal partiyaları və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR