Bank Of Baku

QAT etiraz bəyanatı yayıb

QAT etiraz bəyanatı yayıb
# 05 dekabr 2008 11:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı TRASEKA-nın Bakıda keçirilən tədbirinə Ermənistan nümayəndə heyətinin qatılmasına etiraz olaraq dünən keçirdiyi aksiyanın polis tərəfindən dağıdılması ilə bağlı bəyanatla çıxış edib. QAT-ın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bu aksiyanın qarşısının alınmasını pislənib, aksiya iştirakçılarının polis tərəfindən saxlanılmasının qeyri-qanuni olduğu bildirilib. Bəyanatda tədbirə erməni nümayəndələrinin dəvət edilməsinin yolverilməz olduğu vurğulanıb: “Bu addımlar işğalçı Ermənistanın maraqlarına xidmət edir. QAT bu cür səfərlərin qarşısını almaq üçün bundan sonra daha sərt metod və formalara əl atacaq”. QAT rəhbərliyi bu kimi məsələlərdə polisin, siyasi qüvvələrin, ictimaiyyətin eyni mövqedən çıxış etməsini vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR