Bank Of Baku

Mübariz Əhmədoğlu: “Ermənistan Rusiyadan uzaqlaşmaq xətti götürüb”

Mübariz Əhmədoğlu: “Ermənistan Rusiyadan uzaqlaşmaq xətti götürüb”
# 06 may 2009 13:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) aprel ayında Azərbaycanda və dünyada baş verən ictimai-siyasi hadisələrlə bağlı aylıq hesabatını açıqlayıb. APA-nın məlumatına görə, bu məqsədlə mərkəzin rəhbəri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. Onun sözlərinə görə ötən ay ABŞ-ın yeni prezidenti Barak Obamanın prezident kimi fəaliyyətinin 100 günü tamam olub. O, bir çox politoloqların Obamanın daxili siyasətini tənqid etdiyini, buna baxmayaraq, ABŞ-da iş adamları və fond birjalarının onu dəstəklədiyini vurğulayıb. M. Əhmədoğlu B. Obamanın xarici siyasətdə Demokratlar Partiyasının ənənəvi kursunu davam etdirdiyini, bir sıra dövlətlərlə münasibətləri yumşaltdığını deyib.

Hesabatın Mərkəzi Asya bölməsində ötən ay region üçün ən önəmli hadisə kimi bu bölgədə yerləşən dövlətlərin prezidentlərinin Astana görüşü göstərilib. Politoloq Mərkəzi Asiya dövlətlərinin hazırda Aral gölünün qurumaq təhlükəsinin aradan qaldırılması üçün səyləri birləşdirdiklərini deyib.

Cənubi Qafqazda isə ən önəmli məsələ Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar əsas yer tutub. M. Əhmədoğlunun sözlərinə görə, Ermənistan Rusiyadan uzaqlaşmaq xətti götürüb. BMT baş katibinin “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” məruzə ilə çıxış etməsini əhəmiyyətli sayan mərkəz rəhbəri bildirib ki, artıq BMT mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olmağa başlayıb. Onun sözlərinə görə, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olması Ermənistanın maraqlarına ziddir: “Ermənistan yalnız ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul edir. Çünki ATƏT və onun qurumu olan Minsk Qrupu yalnız konsensus mexanizmi ilə işləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR