Bank Of Baku

Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Prosessual Məcəlləyə əlavə və dəyişiklik müzakirə olunub

Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Prosessual Məcəlləyə əlavə və dəyişiklik müzakirə olunub
# 06 may 2009 14:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin birgə iclasında Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Prosessual Məcəlləyə əlavə və dəyişiklik müzakirə olunub. APA-nın xəbərinə görə, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məcəllələrə təklif olunan əlavə və dəyişiklik haqqında məlumat verib. O bildirib ki, hər üç məcəlləyə təklif olunan dəyişikliyə əsasən dini etiqada məcburetmə, dini quruma üzv olmağa məcburetmə, qanunsuz ibadət ocağı inşa etmə və digər məsələlərlə bağlı cərimələr, cəzalar sərtləşdirilir. Belə ki, dini etiqada məcburetmə halı 500 manatdan 1000 manatadək cərimə və ya 2 il müddətə islah işləri, yaxud 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır: “Bu əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 1000 manatdan 2000 min manatadək cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır” .

Müzakirələrdən sonra sənəd parlamentin iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR