Bank Of Baku

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatın”nın toplantısı keçirilib

“Qarabağ və Respublika Uğrunda  Vətəndaş Hərəkatın”nın toplantısı keçirilib
# 06 may 2009 16:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatın”a daxil olan siyasi partiyaların növbəti toplantısı keçirilib. Hərəkatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müsavat Partiyasının qərargahında keçirilən toplantıda bir sıra regional məsələlər, o cümlədən mayın 7-də Çexiyanın paytaxtı Praqada Avropa Birliyinin “Şərq tərəfdaşlıq” təşəbbüsü ilə bağlı sammiti geniş müzakirə edilib. Toplantıda iştirak edən partiya liderləri bu təşəbbüsü yüksək qiymətləndirib və bu tərəfdaşlıq prosesində demokratiya və insan haqları məsələsinin prioritet olmasını zəruri hesab etdiklərini bildiriblər.
Vətəndaş Hərəkatına daxil olan partiyalar, NATO-nun sonuncu 2 sammitində qəbul edilmiş yekun qətnaməsində, bu günlərdə isə NATO baş katibinin bəyanatında Azərbaycanın ərazi bütövlüyünə dəstək verildiyini müsbət dəyərləndiriblər. Hərəkat Azərbaycan hökumətinə ölkənin NATO üzvlüyə qəbul edilməsi üçün rəsmi müraciət etməyi təklif edib.
Toplantıda həmçinin 30 apreldə ADNA-da baş verən, onlarla insanın ölümünə və ağır yaralanmasına səbəb olan qanlı faciə geniş müzakirə olunub.
Faciədən sonra televiziyaların bu hadisəyə laqeyd qalaraq öz ənənəvi şou-əyləncə proqramını davam etdirməsi çox böyük narazılıqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR