Bank Of Baku

“Heydər Əliyev: şəxsiyyət fenomeni” mövzusunda elmi-praktik konfrans keçirilib

“Heydər Əliyev: şəxsiyyət fenomeni” mövzusunda elmi-praktik konfrans keçirilib
# 07 may 2009 10:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Heydər Əliyev: şəxsiyyət fenomeni” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən təhsil nazirinin müavini İradə Hüseynova bildirib ki, son illərə qədər bu mövzu kifayət qədər elmi-tədqiqat mövzusu olmayıb: “Heydər Əliyev bir-birinə zidd iki ictimai-siyasi quruluşda hakimiyyətdə olub və hər iki dönəmdə hakimiyyəti məharətlə idarə edib”. İ. Hüseynova deyib ki, ötən əsrin 69-cu ilində hakimiyyətə gələn H. Əliyev qısa zaman ərzində Azərbaycanı keçmiş ittifaqın ən qabaqcıl ölkələri sırasına çıxarıb: “Azərbaycanlı gənclərin xaricdə təhsil alması məhz onun adı ilə bağlıdır. 1969-cu ildə ölkədən kənarda təhsil alan gənclərin sayı 47 nəfər idisə, 1982-ci ildə bu rəqəm 1200 nəfəri keçmişdi. Bu, Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi”. Nazir müavini əlavə edib ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra H. Əliyev ölkədə cərəyan edən təhlükəli hadisələrin qarşısını alıb, sabitlik yaradıb, Azərbaycanı dinamik inkişaf yoluna yönəldib.

Millət vəkili Rəbiyyət Aslanova isə bəyan edib ki, Heydər Əliyev böyük azərbaycanlı idi və hər kəsi də böyük azərbaycanlı olmağa sövq edirdi: “Bugünkü azərbaycanlı 1993-cü ilin xaosu içində çaşıb qalmış azərbaycanlı deyil. Bugünkü azərbaycanlı torpağına, sərvətlərinə sahib çıxan, sabaha inamlı azərbaycanlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR