Bank Of Baku

“İki sahil” qəzeti milli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə xüsusi buraxılış hazırlayıb

“İki sahil” qəzeti milli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü  münasibətilə xüsusi buraxılış hazırlayıb
# 07 may 2009 11:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İki sahil” qəzeti milli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə xüsusi buraxılış hazırlayıb. Redaksiyadan APA-ya verilən məlumata görə, xüsusi buraxılışda Heydər Əliyevin həyat və fəaliyyətini, xidmətlərini özündə əks etdirən məqalələr, xarici ölkələrin rəsmilərinin onun haqqında dediyi fikirlər yer alıb. Xüsusi buraxılışın ilk yazısında ümummilli lider Heydər Əliyevin Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, tənəzzüldən xilas edərək tərəqqi, inkişaf yoluna qədəm qoyması istiqamətində atdığı addımlardan geniş bəhs olunur. YAP sədrinin müavini Murtuz Ələsgərovun “Heydər Əliyev və dövlətçilik ənənələri”, YAP-ın icraçı katibi Əli Əhmədovun “Azərbaycanı inkişafa aparan ideyalar: Heydər Əliyevin dayanıqlı sabitlik və davamlı inkişaf konsepsiyası müasir mərhələdə”, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun “Uğurlu xarici siyasət kursunun banisi”, Milli Məclisin deputatları Siyavuş Novruzovun və Mübariz Qurbanlının “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” və “Heydər Əliyev siyasəti: Tarixi örnək”, Milli Məclisin sədr müavini Bahar Muradovanın “Azərbaycan xarici siyasəti yeni geostrateji reallıqlar fonunda” yazılarında ümummilli lider Heydər Əliyevin ayrı-ayrı sahələrdə Azərbaycana qazandırdığı uğurlar geniş təhlil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR