Bank Of Baku

“Heydər Əliyev ideyaları: 21-ci əsrdə Azərbaycanın inkişaf yolu” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

“Heydər Əliyev ideyaları: 21-ci əsrdə Azərbaycanın inkişaf yolu” mövzusunda konfrans keçirilib - <font color=red>YENİLƏNİB</font>
# 07 may 2009 12:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə bu gün “Heydər Əliyevin ideyaları XXI əsrdə: Azərbaycanın inkişaf yolu” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransdan əvvəl tədbir iştirakçıları Fəxri Xiyabanda H. Əliyevin məzarını ziyarət ediblər. Tədbirdə millət vəkilləri, hökumət nümayəndələri, partiya rəhbərləri iştirak ediblər. YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov “Azərbaycanı inkişafa aparan ideyalar: Heydər Əliyevin dayanıqlı, sabit və davamlı inkişaf konsepsiyası müasir mərhələdə” mövzusunda çıxış edib. Ə. Əhmədov xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və ideyaların dayandığını qeyd edib. Onun sözlərinə görə, öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş xalqlardan fərqli olaraq, Azərbaycanın həqiqi intibahı müasir dövrə təsadüf edir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Konstitusiyası müasir mərhələdə” mövzusunda məruzə ilə çıxış edib. O, milli konstitusiyanın banisinin H. Əliyev olduğunu qeyd edib, bu sənəddə dövlətin inkişaf ideyalarının əksini tapdığını bildirib.

Konfransda YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov “Azərbaycan islahatlar yolunda”, Milli Məclisin komitə sədrləri Səməd Seyidov “Azərbaycanın xarici siyasət konsepsiyasının təkamülü”, Nizami Cəfərov isə “Azərbaycançılıq və Azərbaycanşünaslıq. Əliyevçilik və Əliyevşünaslıq” mövzusunda nitq söyləyiblər.

Plenar iclasdan sonra bölmə iclasları keçirilib. Birinci bölmədə “Heydər Əliyev və müasir Azərbaycan tarixi”, ikinci bölmədə “Heydər Əliyev - Böyük islahatçı”, üçüncü bölmədə isə “Böyük islahatların uğurlu davamı” mövzularında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR