Bank Of Baku

AMİP fəalı həbsxanada aclıq aksiyasına başlayıb

AMİP fəalı həbsxanada aclıq aksiyasına başlayıb
# 07 may 2009 14:23 (UTC +04:00)
~Bakı. Elnur Məmmədli - APA. Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İmişli rayon təşkilatının fəalı Musa Rahim aclıq aksiyasına başlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, mayın 5-dən aksiyaya başlayan M. Rahim müəssisənin tibb hissəsinin baş həkiminin qanunsuz addımlarına, həbsxanada saxlanma şəraitinin dözülməzliyinə etiraz olaraq bu addımı atdığını bəyan edib. Qaraciyər serrozu və digər xəstəliklərdən əziyyət çəkən M. Rahim ona tibbi yardımın göstərilmədiyini və aksiyanı tələbləri yerinə yetirilənə kimi davam etdirəcəyini deyib.

Qeyd edək ki, M. Rahim Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinərək 2007-ci də 5 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR