Bank Of Baku

AXCP bələdiyyə seçkilərində iştiraka qərar verib

AXCP bələdiyyə seçkilərində iştiraka qərar verib
# 08 may 2009 08:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək. Partiya sədrinin müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, bu qərar AXCP-nin Rəyasət Heyətinin iclasında qəbul edilib. Onun sözlərinə görə, belə bir qərar vermək səlahiyyəti Rəyasət Heyətinə aid olduğun üçün məsələnin Ali Məclisin iclasında müzakirəsinə ehtiyac yoxdur. H. Kərimov seçkilərə hazırlıqla bağlı partiyanın rayon təşkilatlarına tapşırıq verildiyini, yaxın vaxtlarda məsələ ilə bağlı zona müşavirələrinin keçiriləcəyini deyib.

Sədr müavini onu da bildirib ki, martın 18-də keçirilmiş referendumla bağlı “Qarabağ və respublika Uğrunda” və “Respublikaçılar” Təşviqat qrupları İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır. Onun sözlərinə görə, bununla bağlı Ali Məhkəmənin qərarı təşviqat qruplarına təqdim edildikdən sonra iddia ərizəsi Avropa Məhkəməsinə təqdim olunacaq. İddiada referendumun nəticələrinin ləğv olunması tələb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR