Bank Of Baku

Ermənilərin Şuşanı işğal etməsinin 17-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanında anım mərasimi keçirilib - FOTOSESSİYA

Ermənilərin Şuşanı işğal etməsinin 17-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanında anım mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 08 may 2009 10:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Şuşanın erməni hərbi birləşmələri tərəfindən işğalının 17-ci ildönümü münasibətilə Şuşa rayon İcra Hakimiyyəti, Qarabağ Azadlıq Təşkilatı, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi və Şuşa ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə şəhidlərin məzarı ziyarət olunub, Əbədi Məşəl Kompleksinin önünə əklil qoyulub. Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov jurnalistlərə açıqlamasında bildirib ki, son vaxtlar prezident İlham Əliyevin rəhbərliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqlar intensivləşib. B. Səfərov yaxın müddətdə işğal altında olan ərazilərimizin azad olunacağına ümidvar olduğunu da qeyd edib: “Şuşalılar ümid edir ki, İlham Əliyevin rəhbərliyi altında yaxın vaxtlarda Şuşaya qayıdacaqlar. Şuşada görüşənədək”.

Qeyd edək ki, 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri qədim Azərbaycan şəhəri olan Şuşanı işğal edib. İşğal zamanı 480-dən artıq mülki şəxs qətlə yetirilib, 2000-ə yaxın adam yaralanıb, 22 mindən artıq şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara məxsus 279 tarixi abidə, 44 məktəb və digər mədəni abidələr isə dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR