Bank Of Baku

Məzahir Pənahov: “Bəzi bələdiyyələrin birləşməsi ilə bağlı təkliflər olsa da, konkret qərar yoxdur”

Məzahir Pənahov: “Bəzi bələdiyyələrin birləşməsi ilə bağlı təkliflər olsa da, konkret qərar yoxdur”
# 09 may 2009 11:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) qanunda nəzərdə tutulmuş müddətdə bu ilin sonunda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə start verəcək. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, dekabrda keçiriləcək bələdiyyə seçkilərinə artıq hazırlıq işləri başlanıb. O, seçici siyahılarının dəqiqləşdirildiyini, müəyyən təlimatlar üzərində iş apardığını vurğulayıb.

M. Pənahov bələdiyyələrin statusuna edilə biləcək hər hansı dəyişikliyin seçki prosesinə təsir etməyəcəyini də qeyd edib: “Bəzi bələdiyyələrin birləşməsi ilə bağlı təkliflər var, amma hələlik bununla bağlı konkret qərar yoxdur. Belə qərar olsa da, bu seçki prosesinə ciddi təsir etməməlidir”.

MSK sədri seçki komissiyalarının tərkibini dəyişməsi, paritet əsaslarla təşkil olunması ilə bağlı təkliflərin gündəmdə olmadığını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR