Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
# 10 may 2009 08:35 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə H. Əliyevin məzarı önünə əklil qoyub, ona ehtiramını bildirib.

Prezident görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb.

Dövlət başçısı ilə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb.

Ziyarət axşam saatlarına qədər davam edəcək.

Qeyd edək ki, bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində H. Əliyevin anadan olmasının 86-cı ildönümü qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR