Bank Of Baku

Beynəlxalq Diaspor Mərkəzi Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş mədəni-kütləvi tədbir keçirib - FOTOSESSİYA

Beynəlxalq Diaspor Mərkəzi Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş mədəni-kütləvi tədbir keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 10 may 2009 09:02 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə Xızı rayonunun Altıağac qəsəbəsində Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş mədəni-kütləvi tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirə Beynəlxalq Diaspor Mərkəzinin təmsilçiləri, qurumun Avropa və Rusiya təmsilçiliklərinin rəhbərləri, ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbirin açılış mərasimində çıxış edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əldə olunmasında və güclü dövlətə çevrilməsində oynadığı əvəzsiz roldan danışıb. O bildirib ki, Heydər Əliyev Azərbaycan diasporunun gücləndirilməsini dövlət siyasətinin xüsusi bir istiqamətinə çevirib və nəticədə bu gün dünyanın ən müxtəlif yerlərində yaşayan azərbaycanlılar diaspor olaraq təşkilatlanmağı bacarıblar: “Dünyanın hər yerinə səpələnmiş soydaşlarımız Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərini öz fəaliyyətlərində əsas şüara çevirərək təşkilatlanır və Vətəndən uzaqda olsalar belə, güclü diaspor strukturları formasında Azərbaycanın maraqları naminə fəaliyyət göstərirlər. Bu prosesdə hər bir azərbaycanlının qəlbində yaşayan Heydər Əliyev sevgisinin rolu əvəzsizdir”.

Tədbirdə çıxış edən professor Vaqif Arzumanlı Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərindən danışıb və onun bu xidmətləri ilə hər bir azərbaycanlının qəlbində özünə yer etdiyini bildirib. Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçiliyinin rəhbəri Azər Kərimov, qurumun Rusiyanın Xabarovsk, Ussuriysk və Vladivostok bölgələri üzrə təmsilçiliyinin rəhbəri Ələmdar Nəbiyev çıxış edərək Heydər Əliyevin dövlətçilik qarşısında xidmətlərini qeyd edib, onunla bağlı xatirələrini danışıblar. Daha sonra tədbir Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş cıdır yarışı ilə davam etdirilib. İştirakçıların böyük marağına səbəb olan cıdır yarışı iştirakçıların zirvəyə sancılmış Azərbaycan və Türkiyə bayraqlarının götürərək finiş xəttinə qayıtması ilə nəticələnib. Cıdırın qalibi olan Altıağac sakini Mərdan Eyvazova Beynəlxalq Diaspor Mərkəzinin rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr və pulla mükafatı təqdim olunub. Cıdırın digər iştirakçıları da müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Sənətçilər Şəmistan Əlizamanlı və Məhərrəm Həsənovun çıxışları tədbirin bədii hissəsinə xüsusi rəng qatıb.

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev APA-ya açıqlamasında rəhbərlik etdiyi qurumun Azərbaycanın önəmli günləri ilə bağlı ölkədə və Azərbaycanın hüdudlarından kənarda mütəmadi tədbirlər keçirdiklərini bildirib: “Beynəlxalq Diaspor Mərkəzi Çanaqqala zəfərinin ildönümü ilə bağlı Türkiyədə Çanaqqala şəhidlərinin şərəfinə ucaldılmış adibə kompleksini ziyarət edib. Orada ilk dəfə olaraq Azərbaycan bayrağını biz dalğalandırmışıq. Bildiyiniz kimi Çanaqqalanın müdafiəsində çoxlu sayda azərbaycanlılar da iştirak ediblər. Bundan başqa həmin dövrdə Azərbaycan tərəfindən Türkiyəyə çoxlu miqdarda maddi yardım edilib. Bunu nəzərə alaraq biz Çanaqqala zəfəri abidə kompleksində azərbaycanlı şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılmasını təklif etmişik. Artıq Türkiyə hökuməti bu təklifimizə müsbət reaksiya verib. Bundan başqa Xocalı soyqırımının 17-ci ildönümündə İstanbulun Taksim meydanında 10 min nəfərin qatıldığı böyük bir aksiya keçirdik. Beynəlxalq Diaspor Mərkəzi həmçinin qondarma “erməni soyqlırımı” iddialarına etiraz olaraq İğdırın yerli dərnəkləri ilə birlikdə Əlican sərhəd keçib məntəqəsi qarşısında böyük bir aksiya təşkil etdik. Bu kimi tədbirlərimizi davam etdirmək niyyətindəyik”. İsmayıl Ağayev yaxın günlərdə Rusiyanın Xabarovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının iştirakı ilə geniş bir tədbirin planlaşdırıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR