Bank Of Baku

ADP Seçki Məcəlləsinə və bələdiyyələrlə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməsini istəyir

ADP Seçki Məcəlləsinə və bələdiyyələrlə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməsini istəyir
# 12 may 2009 10:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Seçki Məcəlləsinə və bələdiyyələrlə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik təşəbbüsü ilə çıxış edib. Partiya sədrinin müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, ADP Ali Məclisinin son iclasında təkliflər paketi hazırlanıb və bu gün müvafiq dövlət qurumlarına təqdim edilib. Partiya Seçki Məcəlləsində partiya üzvü olan şəxslərin bələdiyyə seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı prosedurların sadələşdirilməsini istəyir. H. Rüstəmov bildirib ki, qanunda müstəqil şəxslərdən fərqli olaraq partiya üzvü və ya seçki blokunun namizədlərinin irəli sürülməsinə bir sıra əngəllər yaradılır. ADP həmçinin bələdiyyələrin səlahiyyətlərinin artırılması, heç bir dövlət qurumunun nəzarətində olmaması, dövlət tərəfindən inzibati bina və əmlakla təmin edilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, maliyyə imkanlarının artırılması təkliflərini irəli sürüb.

H. Rüstəmov ADP-nin bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul etdiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR