Bank Of Baku

Fəqani Məhərrəmov: “AMİP-in qurultayını keçirmək və partiyanı durğunluqdan çıxarmaq üçün bütün şanslar əldən buraxılıb”

Fəqani Məhərrəmov: “AMİP-in qurultayını keçirmək və partiyanı durğunluqdan çıxarmaq üçün bütün şanslar əldən buraxılıb”
# 13 may 2009 14:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Milli İstiqlal Partiyasının qurultayını keçirmək və partiyanı durğunluqdan çıxarmaq üçün bütün şanslar əldən buraxılıb. Bundan sonra hər hansı addım atılsa belə, gecdir”. Bunu APA-ya açıqlamasında AMİP sədrliyinə iddialı, partiyanın Goranboy təşkilatının sədri Fəqani Məhərrəmov deyib. Onun sözlərinə görə, 2007-ci ilin dekabrından partiya sədrsiz fəaliyyət göstərir və müxtəlif bəhanələrlə AMİP-in qurultayı keçirilmir: “Artıq partiyanın bütün üzvləri yaxın zamanda qurultayın keçiriləcəyinə inanmır və vəziyyətin bu şəkildə davam edəcəyi təəssüratı yaranıb. Bu gün AMİP üzvləri üçün qurultay keçirmək əhəmiyyətini itirib. Biz də əvvəlki kimi tələblərimizdə israr etmirik. Düşünürük ki, bu gündən sonra partiyanı dirçəltmək çətindir. AMİP iki böyük siyasi prosesdə - prezident seçkiləri və referendumda iştirak etməməklə şansını itirdi. Baxmayaraq ki, bu ilin sonunda bələdiyyə seçkiləri keçiriləcək, bu seçkiyə də hazırlıq başlamayıb. Müxalifət partiyası bu hazırlıqlara çoxdan hazırlığa başlamalı idi. İndi isə çox gecdir”.

F. Məhərrəmov bildirib ki, o qurultayın keçirilməməsinin səbəbi ilə dəfələrlə maraqlanıb, lakin heç vaxt qaneedici cavab almayıb: “Bizə heç vaxt səbəbi deməyiblər, yalnız bəhanə gətirilib. Ona görə də qurultayın keçirilməsinə ümid itib və əhəmiyyətsizdir”. F. Məhərrəmov əvvəlki tələbində qaldığını və AMİP-in hazırkı rəhbərliyinin istefa verməli olduğunu qeyd edib: “Partiya bu gün iflasdadır və onu qurtarmaq lazımdır. Qurultayı keçirmək mümkündür, bunun üçün problem yoxdur. Amma bütün məsələlər indiki rəhbərliyin səlahiyyətindədir və bizim edə biləcəyimiz bir şey yoxdur. Partiyanın mövcud rəhbərliyinin çətiri altında isə bu prosesi davam etdirmək çətindir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR