Bank Of Baku

YAP Türkiyə baş nazirinin çıxışını yüksək qiymətləndirir

YAP Türkiyə baş nazirinin çıxışını yüksək qiymətləndirir
# 13 may 2009 15:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Dağlıq Qarabağ problemi həllini tapmayınca, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması mümkün deyil. Məncə, “münasibətlərin normallaşması” ifadəsi, “sərhədlərin açılması” ifadəsindən daha geniş anlayışdır”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışını şərh edərkən deyib. O, Türkiyə baş nazirinin çıxışında səsləndirdiyi fikirləri yüksək qiymətləndirdiyini bildirib. Ə. Əhmədovun fikrincə, R. T. Ərdoğanın çıxışından sonra Türkiyə ilə Azərbaycanın həqiqətən qardaş ölkə olduğu və gələcəkdə də belə qalacağı bir daha aydınlaşıb.

Milli Məclisin üzvü Qənirə Paşayeva isə hesab edir ki, R. T. Ərdoğanın sərhədlərin açılmayacağı ilə bağlı söylədikləri Azərbaycan insanı üçün çox böyük önəm daşıyır: “Türkiyə ilə Ermənistan arasındakı “yol xəritəsi”ndə bu mövzunun bu şəkildə gündəmdə olacağını umuruq. Biz Türkiyənin baş nazirinin bəyanatına inanırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR