Bank Of Baku

Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
# 14 may 2009 10:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İqtisadi siyasət komitəsinin bugünkü iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik müzakirə olunub. APA-nın məlumatına görə, müzakirəyə çıxarılan məsələ haqqında komitə sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə hər iki sənədə təklif olunan dəyişiklik ölkə iqtisadiyyatının gücləndirilməsinə, qanunvericiliyin yeni bazar münasibətlərinə uyğun tənzimlənməsinə xidmət edir.

Komitə sədri bu dəyişikliklərin Beynəlxalq Maliyyə Korporasiyasının təklifi ilə həyata keçirildiyini diqqətə çatdırıb: “Hər iki sənədə təklif olunan dəyişiklik qiymətləndirilmənin daha da düzgün şəkildə aparılmasına xidmət edəcək”.

Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR