Bank Of Baku

Əli Əhmədov Çin səfiri ilə görüşüb

Əli Əhmədov Çin səfiri ilə görüşüb
# 14 may 2009 13:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Can Yann Yan ilə görüşüb. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanda diplomatik fəaliyyətə yeni başlamış səfir ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu, əlaqələrin daha da dərinləşməsi və inkişafında prezident İlham Əliyevin ÇXR-ə səfərinin mühüm rol oynadığını qeyd edib. Ə. Əhmədov isə YAP-la Çin Kommunist Partiyası arasında yüksək səviyyədə əlaqələrin qurulduğunu və bunun ölkələr arasındakı münasibətlərə təsirsiz ötüşmədiyini xüsusi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR