Bank Of Baku

Mübariz Qurbanlı: “İstənilən mövzuda istənilən siyasi təşkilatla dialoq aparmağa hazırıq”

Mübariz Qurbanlı: “İstənilən mövzuda istənilən siyasi təşkilatla dialoq aparmağa hazırıq”
# 14 may 2009 14:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Biz istənilən mövzuda istənilən siyasi təşkilatla dialoq aparmağa hazırıq”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətində dialoq mühiti var və siyasi partiyalar arasında da dialoq təcrübəsi mövcuddur: “Qondarma “erməni soyqırımı” məsələsi ərəfəsində - aprelin 23-də YAP-ın təşəbbüsü ilə Quba şəhərində konfrans keçirildi və burada YAP-la birlikdə parlamentdə təmsil olunan bütün partiyaların nümayəndələri, rəhbərləri iştirak etdilər. Bunun özü Azərbaycanda siyasi partiyalar arasında dialoq mühitinin olmasının ən bariz göstəricisidir. Eyni zamanda vaxtaşırı televiziyalarda, mətbuatda, radioda mükalimələr keçirilir və bu da dialoqdur. Yəni dialoq nədir? Dialoq bu və ya digər mövzu ətrafında fikir mübadiləsinin aparılması, müzakirələrin açılmasıdır. Hazırda belə müzakirələr var. Ona görə də xüsusi olaraq dialoq adı altında hansısa məsələlərin ictimai rəyə, ictimai-siyasi dövriyyəyə gətirilməsi bir qədər məntiqsizdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR