Bank Of Baku

Əli Kərimli: ““Azadlıq” bloku bələdiyyə seçkilərində ayrıca iştirak edə bilər”

Əli Kərimli: ““Azadlıq” bloku bələdiyyə seçkilərində ayrıca iştirak edə bilər”
# 14 may 2009 14:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində “Azadlıq” blokuna daxil olan partiyalar ayrıca blok şəklində iştirak edə bilər. Bloka üzv olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli APA-ya açıqlamasında bildirib ki, Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların seçkiyə qatılması üçün bir neçə variant var. Bunlar hərəkata daxil olan partiyaların vahid seçki bloku yaratması, partiyaların ayrı-ayrılıqda seçkiyə qatılması, həmçinin hərəkat daxilində bir neçə seçki blokunun yaradılmasıdır: “Sonuncu variantın seçiləcəyi təqdirdə, “Azadlıq” bloku bələdiyyə seçkilərində blok şəklində iştirak edəcək. Lakin istənilən halda hərəkata daxil olan partiyalar seçki kampaniyasını birgə aparacaq. Hərəkata daxil olan partiyalar bələdiyyə seçkilərində birgə hərəkət etmək barədə qərar qəbul edib. Hazırda isə partiyalarda müzakirələr aparılır ki, seçkiyə iştirak forması müəyyənləşdirilsin. Yəni bütün variantlar hələlik açıq saxlanılır”.

Qeyd edək ki, “Azadlıq” blokuna Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR