Bank Of Baku

Sülhəddin Əkbər: “Müsavat bələdiyyə seçkilərində partiya şəklində iştiraka üstünlük verir”

Sülhəddin Əkbər: “Müsavat bələdiyyə seçkilərində partiya şəklində iştiraka üstünlük verir”
# 15 may 2009 09:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Müsavat Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində partiya olaraq iştiraka üstünlük verir”. Bunu APA-ya açıqlamasında partiyanın Məclis sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, Müsavat Partiyasının Məclisi bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. O, həmçinin, bu qərarda seçkilərdə müxalifətin mümkün olan ən geniş koalisiyasının yaradılmasının nəzərdə tutulduğunu bildirib: “Bununla yanaşı, Seçki Məcəlləsində texniki məsələlərlə bağlı araşdırmalar aparılır. Hüquqi baxımdan seçkilərdə iştirak formasına gəldikdə, hələlik biz partiya şəklində iştiraka üstünlük veririk. Amma kampaniyada Qarabağ və Respublika Uğrunda Hərəkatla birgə hərəkət etməyə və mümkün olarsa, daha geniş koalisiyanın yaradılmasına çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR