Bank Of Baku

ADP Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təkliflər paketini parlamentə göndərib

ADP Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təkliflər paketini parlamentə göndərib
# 15 may 2009 13:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Seçki Məcəlləsinə və bələdiyyələrlə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməsi ilə bağlı təkliflər paketini parlamentə göndərib. Partiya sədrinin müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, təkliflər paketində bu günə qədər qanunvericiliyə təklif edilən dəyişikliklərlə bərabər yeni məsələlər də öz əksini tapıb. H. Rüstəmov təkliflər paketinin ADP Ali Məclisinin son iclasında hazırlandığını bildirib. Partiya Seçki Məcəlləsində partiya üzvü olan şəxslərin bələdiyyə seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı proseduraların sadələşdirilməsinin təklif edib. Partiya həmçinin, bələdiyyələrin səlahiyyətlərinin artırılması, heç bir dövlət qurumunun nəzarətində olmaması, müstəqilliyinin təmin olunması, dövlət tərəfindən inzibati bina və əmlakla təmin olunması, iqtisadi əsaslarının möhkəmləndirilməsi, maliyyə gəliri imkanlarının artırılması təkliflərini irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR