Bank Of Baku

Milli Məclisin üzvləri Sankt-Peterburqda keçirilən II Neva beynəlxalq konqresində iştirak edirlər

Milli Məclisin üzvləri Sankt-Peterburqda keçirilən II Neva beynəlxalq konqresində iştirak edirlər
# 15 may 2009 14:34 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Sankt-Peterburqda II Neva beynəlxalq konqresi işə başlayıb. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, tədbirin təşkilatçıları MDB Parlamentlərarası Assambleyası, Avropa Şurası Parlament Assambleyası, Rusiya Federasiya Şurasıdır. Tədbirə Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova, parlamentin daimi komitələrinin sədrləri Arif Rəhimzadə və Əli Hüseynov, deputat Elton Məmmədov, Milli Məclisin MDB Parlamentlərarası Komissiyasında daimi nümayəndəsi Aydın Cəfərov qatılıblar. Tədbirin açılışında prezident Dmitri Medvedyev və baş nazir Vladimir Putinin təbrik məktubları oxunub. Toplantıda Rusiya Federasiya Şurasının sədri Sergey Mironov və AŞ PA sədri Luis Mariya de Puç Neva konqresinin məqsəd və vəzifələri ilə bağlı məruzə ediblər. Qeyd edək ki, Neva beynəlxalq ekoloji konqresinin əsas məqsədi ekoloji təhlükəsizliyə dair beynəlxalq sistemin formalaşması, təbii ehtiyatların istifadəsi və idarə olunmasına dair qanunvericiliyin təkmilləşdirilməsi, biomüxtəlifliyin qorunması və ekoloji fəlakətlərə qarşı mübarizə aparmaqdır. Tədbir çərçivəsində təşkil olunan dəyirmi masalarda Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə və Əli Hüseynov çıxış edərək Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı məlumat veriblər. Konqres çərçivəsində “Ekoloji təhlükəsizlik və enerji resursları” mövzusunda sərgi təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR