Bank Of Baku

AMIP-in qurultayının ləngiməsinin səbəblərinə aydınlıq gətirilib

AMIP-in qurultayının ləngiməsinin səbəblərinə aydınlıq gətirilib
# 16 may 2009 08:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Milli İstiqlal Partiyasının qurultayının ləngiməsi partiyada hər hansı parçalanma, fraksiyaların mövcudluğu ilə bağlı deyil. AMİP-də heç bir parçalanma yoxdur”. Bunu APA-ya açıqlamasında AMİP-in baş katibi, partiyanın sədr əvəzi Fuad Muxtarov deyib. Onun sözlərinə görə, sadəcə ölkədəki siyasi vəziyyət qurultayı təcili olaraq keçirmək ehtiyacı yaratmır: “Həmçinin, texniki problemlər də var. Bu baxımdan partiya daxilində elə bir məsələ yoxdur ki, bizi qorxudub qurultaydan çəkindirsin”.

F. Muxtarov qurultayın bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə kimi – konkret olaraq oktyabr ayında baş tutacağını deyib. Sədr əvəzi artıq AMİP-də qurultayın öz əhəmiyyətini itirməsi barədə deyilən fikirlərlə razılaşmadığını da vurğulayıb.

Xatırladaq ki, AMİP sədrliyinə iddialı, Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov APA-ya açıqlamasında partiya rəhbərliyini qurultayı keçirməməkdə ittiham edib. O, rəhbərliyin müxtəlif bəhanələr gətirməklə qurultayı gecikdirdiyini deyib.

Qeyd edək ki, AMİP sədri Ayaz Rüstəmov 2007-ci ilin sonlarında öz vəzifəsindən istefa verib. Həmin vaxtdan partiya sədrsiz fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR