Bank Of Baku

KXCP bələdiyyə seçkilərində iştirak edib-etməmək məsələsinə sabah aydınlıq gətirəcək

KXCP bələdiyyə seçkilərində iştirak edib-etməmək məsələsinə sabah aydınlıq gətirəcək
# 16 may 2009 09:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak edib-etməmək məsələsinə sabah aydınlıq gətirəcək. Partiyanın sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında bildirib ki, Ali Məclisin sabah keçiriləcək iclasında məsələ ilə bağlı yekun qərar qəbul ediləcək: “Seçkilərlə bağlı partiyada ilkin müzakirələr aparılıb və bu prosesə qatılmaq niyyətimiz var. Ali Məclisin iclasında həmçinin Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 20 illiyi ilə bağlı məsələlər müzakirə olunacaq və tədbirlər planı hazırlanacaq”.

Partiyanın seçkilərdə iştirak formasına gəldikdə, M. Mirəlioğlu bildirib ki, bu məsələ hələlik açıqdır: “Bu məsələni həm partiya daxilində, həm də müttəfiqlərimizlə müzakirə edirik. Bununla bağlı hələlik heç bir konkret qərar yoxdur. Amma Demokratiya Uğrunda İttifaqın seçki blokuna çevrilməsi istiqamətində təşəbbüslərimiz var. Bu təşəbbüsün reallaşması istiqamətində müəyyən addımlar atılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR